Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Seymur Vaqif oğlu Orucov 
Ağstafa Rayon  İcra Hakimiyyətinin Başçısı

 27 oktyabr 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetininin bakalavr və magistratura pilləsini bitirmişdir.   "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı almışdır.
 Azərbaycan Dövlət İqtisad Universitetində  kafedranın aspirantı və müəllimi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri , 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru, 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifələrində işləmişdir. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilmişdir.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
         Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Dörd övladı var.

 

Keçidlər