Şriftin ölçüsü :

Saytın rəngi :

Qəfərov Rəvan Elxan oğlu

 

line
Soyad: Qəfərov
Ad: Rəvan
Ata adı: Elxan
Doğum tarixi: 10.07.1991
Şəhid olub: 29.10.2020
Rütbə: Baş gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
 
Rəvan Qəfərov 1991-ci il iyulun 10-da Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub.

Həyatı

Hərbi xidməti
Azərbaycan Ordusunun baş giziri olan Rəvan Qəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəvan Qəfərov oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalib. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Qəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Qəfərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Qəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
2021/09/Rəva-1632313651.jpg

 

Keçidlər