Şriftin ölçüsü :

Saytın rəngi :

Vəliyev Ayxan Kamil oğlu

 
2021/05/Ayxan-1620221219.jpg

line
Soyad: Vəliyev
Ad: Ayxan
Ata adı: Kamil
Doğum tarixi: 14.12.1995
Şəhid olub: 08.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
 
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ayxan Vəliyev 1995-ci il dekabrın 14-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2002–2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Ayxan Vəliyev 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulub. Şuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edib. Ayxan Vəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub.

“Ömürdən pay olur, Vətəndən pay olmur” deyirik. 44 günlük müharibənin qəhrəmanı Ayxan Vəliyev də həyatını bu amala qurban etdi. Vətən uğrunda arzularından, xəyallarından, gəncliyindən keçdi. Əslində isə, ölümü ilə ölümsüzlük qazandı.

Əmisi deyir ki, Ayxan heç kimə xəbər etmədən gedib orduya könüllü yazılıb, ilk gündən döyüşüb. Yaxınları onun haqqında fəxrlə danışırlar. Xəmiri yurda sevgi ilə yoğrulan şəhid Ayxan Vəliyev cəsur, mərd, vətənpərvər oğul olub.

Ailəsinin yeganə oğul övladı idi Ayxan, iki bacının bir qardaşı. Atalarından sonra onların dayağı ola bilərdi. Amma o, Vətənə dayaq durdu, Şuşada şəhid oldu.

Anası Rəfiqə Vəliyeva deyir ki, bir gündə ailədən iki şəhid veriblər: “Kürəkənimlə bir yerdə getdi. İkisi də bir gündə şəhid oldu. Mən onların ikisi ilə də fəxr edirəm".

Ağstafanın Dağkəsəmən kəndinin cəsur övladı hərbi xidməti zamanı da nümunəvi əsgər olub. Korpus komandanlığı tərəfindən təşəkkürnamə alıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün A zərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
2021/05/Ayxan-1620221219.jpg

 

Keçidlər