Etik davranış
Etik müvəkkilin hesabatı
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.30-cu yarımbəndinin icrası ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətində etik davranış məsələləri üzrə aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbeh tədbirləri barədə illik hesabatı təqdim etməklə aşağıdakıları bildiririk.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətində cari il ərzində Dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqləri təşkil edilmişdir. Hər ay keçirilən təlimlərdə “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun öyrənilməsi və tətbiqi məsələləri müzakirə olunmuşdur. Təşkil olunmuş etik davranış üzrə tədris kursları və treninqlərdə dinləyicilərlə öz vəzifə borclarını səmərəli yerinə yetirməsi, vicdanlılıq nümunəsi olmaq, tapşırılmış işin peşəkarlıq səviyyəsində yerinə yetirmək, şəxslərin dövlət orqanlarına inamının artırılmasında fərdi məsuliyyət və digər məsələlər barədə maarifləndirmə işləri aparılmışdır. Həmin kurslarda ilin əvvəlində tərtib olunmuş iş planında nəzərdə tutulduğu kimi Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, Əhalinin Sosial Müdafiə Mərkəzinin, Maliyyə şöbəsinin, Təhsil və Mədəniyyət şöbələrinin və rayon İcra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində işləyən dövlət qulluqçuları cəlb olunmuşdur.
Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması üçün dövlət qulluqçularının xidməti davranışlarının qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilmiş və onun təhlili aparılmışdır. Qanunun tələblərinə uyğun olaraq dövlət quluqcullarının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğa nəzarət və onun təhlilini aparmaq məqsədi ilə RİH başçısının müvafiq sərəncamı ilə məsul şəxs təyin edilmişdir.
Etik davranış qaydalarını pozmuş dövlət qulluqcuları intizam məsuliyyətinə cəlb olunmuşlar. Cari ildə peşəkarlıq və fərdi məsuliyyətlə işləmədə yol verdikləri nöqsanlara görə 1 nəfərə, əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsində yol verdikləri nöqsanlara görə isə 4 nəfərə töhmət verilmişdir.
Bu istiqamətdə aparılan tədbirlər davam etdirilir.