Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

İNFORMASİYA TƏMİNATI VƏ TƏHLİL SEKTORU

Fəaliyyət istiqamətləri:
Rayon İcra Hakimiyyətində informasiya təminatı və təhlili işlərinin təkmilləşdirilməsi sahəsində  Əsasnamə ilə verilmiş səlahiyyətləri daxilində tədbirləri həyata keçirmək.,
Rayon İcra Hakimiyyətində tətbiq edilən informasiya texnologiyaları və proqram təminatı ilə bağlı araşdırmalar və tədqiqatlar aparmaq.,
İnformasiya texnologiyaları və kommunikasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini, iformasiya proseslərinin əlaqələndirilməsini, bu sahədə təkliflərin hazırlanmasını təmin etmək.,
Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında məlumatların yerləşdirilməsini və daimi yenilənməsini təmin etmək.,
Sektor fəaliyyətini Yerli İcra Hakimiyyətinin digər struktur vahidləri və bölmələri, habelə  yerli dövlət orqanları və təşkilatları ilə əlaqəli şəkildə qurur;
Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Vəzifələri:
Rayon İcra Hakimiyyətində məlumat cədvəllərinin dürüst tərtib olunmasını, təhlil edilməsini, Prezident Administrasiyasının mərkəzi serverinə ötürülməsini və görülmüş işlər barədə hesabatın hazırlanmasını təmin etmək,
Rayon İcra Hakimiyyətində istifadə olunan digər proqram təminatlarının təkmilləşdirilməsini təmin etmək məqsədilə müvafiq qurumlarla qarşılıqlı işi təşkil etmək;
İnformasiya təminatı və təhlil  sahəsində təkmilləşdirmə məqsədilə yeni meyarların müəyyən edilməsi ilə bağlı İcra başçısına təkliflər hazırlamaq;
Rayon İcra Hakimiyyətində mövcud olan proqram təminatının işlək vəziyyətdə olmasını təmin etmək, profilaktik tədbirlər həyata keçirmək məqsədilə müvafiq xidmətlər göstərən  qurumlarla qarşılıqlı işi qurmaq;
Müvafiq sahədə normativ tənzimləməni həyata keçirmək, informasiya təminatı və təhlil ilə bağlı beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
İnformasiya təminatı və təhlil sahəsi üzrə analoji olaraq müvafiq qurumlarla, digər struktur bölmələri və vahidləri arasında işi əlaqələndirmək;
Rayon icra hakimiyyətinin əhatə dairəsinə aid rayonun sosial-iqtisadi inkişafında rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rolunu və onlarla əlaqəli işi təhlil etmək və onların nəticəsi barədə İcra başçısına təkliflər vermək;
İnformasiya təminatı və təhlil işləri ilə bağlı aidiyyəti məlumatların təqdim edilməsi ilə məşğul olan müvafiq qurumlarla koordinasiyanı təmin etmək;
İnformasiya təminatı və təhlil sahəsində mövcud normativ hüquqi aktların icrasına nəzarət etmək, yeni metodik tövsiyələri işləyib hazırlamaq;
Sektor əməkdaşlarının müasir informasiya təminatı və təhlili sahəsində müxtəlif  qurumlar tərəfindən təşkil edilmiş konfrans, seminar və digər tədbirlərdə iştirakı barədə təkliflər hazırlamaq;
Qanunvericiliyə uyğun olaraq özündə dövlət sirrini ehtiva edən məlumatların qorunmasını təmin etmək;
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin, məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində informasiyanın əldə edilməsinə şərait yaratmaq;
Rayon İcra Hakimiyyətlində informasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;
Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında məlumatların yerləşdirilməsini və daimi yenilənməsini təmin etmək, saytın təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

ƏRAZİ İDARƏETMƏ VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARI İLƏ İŞ ŞÖBƏSİ

Fəaliyyət istiqamətləri:
Ərazidə fəaliyyət göstərən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə, bələdiyyələrlə, habelə dövlət orqanları ilə rayon icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini həyata keçirmək;
İnzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətini istiqamətləndirmək;
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək;
“Yerli icra hakimiyyətləri haqqında “Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçısı tərəfindən şöbəyə həvalə olunmuş digər vəzifələri həyata keçirmək.
Şöbə öz fəaliyyətini yerli icra hakimiyyətinin müvafiq struktur vahidləri və ərazidə fəaliyyət göstərən dövlət orqanları ilə əlaqəli şəkildə qurur.

Vəzifələri:
Rayon ərazisində ona həvalə edilmiş vəzifələrə uyğun olaraq idarəetmə fəaliyyətini həyata keçirmək və icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək;
Rayon ərazisində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini təmin etmək;
Rayon ərazisində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər qurumlarla, habelə bələdiyyələr və digər təşkilatlarla rayon icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin etmək;
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələri ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifələri yerinə yetirmək;
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin, məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasına və onlara cavab verilməsinə nəzarət etmək;
İnzibati ərazi dairəsi  üzrə nümayəndəliklərdə informasiyanın qorunması sahəsində tədbirlərin həyata keçirilməsinə nəzarəti həyata keçirmək;
Yerlərdə rayon icra hakimiyyəti başçısının səyyar qəbullarını təşkil etmək, icra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərlə bağlı idarə, müəssisə və təşkilatların və nümayəndələrin qəbulda iştirakını təmin etmək;
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş perspektiv iş planları əsasında şöbəyə aid məsələlərlə əlaqədar icra hakimiyyətinin fəaliyyətini təşkil etmək;
İcra Hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar icra hakimiyyəti başçısına təkliflər vermək;
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarına, Nazirlər Kabinetinin sərəncam və qərarlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına daxil edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısına təkliflər vermək;
Mərkəzi icra hakimiyyətlərinin yerli qurumları, dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərin rayon ərazisində fəaliyyət göstərən yerli qurumları, bələdiyyələr və ərazi nümayəndəlikləri ilə birlikdə ərazilərin sosial-iqtisadi vəziyyətini təhlilində, inkişaf meyllərinin müəyyənləşdirilməsində və proqnozlaşdırılmasında, sosial sifarişlərin öyrənilməsi işinin təşkilində iştirak etmək;
Rayonun qəsəbə və yaşayış məntəqələrinin baş planlarının hazırlanmasında iştirak etmək;
Təhsil sisteminin, səhiyyə və mədəniyyət sahələrinin, turizmin və idmanın inkişafı üzrə dövlət proqramlarının hazırlanmasında iştirak etmək və bu barədə icra hakimiyyəti başçısına təkliflər vermək;
Şöbə tərəfindən inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə korrupsiya hallarının qarşısının alınması üçün tədbirlər görmək;
“Hərbi  çağırış və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati ərazi dairələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının təqdim olunmasında və hərbi vəzifəlilərin çağırış üzrə vaxtında  gəlməsinə köməklik göstərmək;
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə evakuasiya işinin təşkilində, baş vermiş təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edir, əhalinin təhlükəsizliyinin təmin olunması və zərər çəkmiş insanlara yardım göstərilməsi məqsədilə aidiyyatı üzrə təkliflər vermək;
Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak etmək.

HÜQUQ ŞÖBƏSİ

Fəaliyyət istiqamətləri:
Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinin, qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni, Rayon İcra Hakimiyyəti Başçısının sərəncamlarının yerinə yetirilməsini təmin etmək, Rayon İcra Hakimiyyətinin şöbə və digər strukturlarının, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların həmin qanunlara və normativ aktlara əməl etmələri barədə məlumatlar almaq, hüquq qaydalarının, vətəndaşların hüquq və azadlıqlarının qanuni mənafelərinin qorunmasını təmin etmək, qanun pozuntularının qarşısını almaq sahəsində təkliflər hazırlamaq;
Müvafiq ərazidə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında məhkəmə, ədliyyə, prokurorluq, polis orqanlarından və digər aidiyyəti qurumlardan məlumatlar almaq;
Müvafiq ərazidə hüquqpozmaların profilaktikası, ictimai təhlükəsizliyin qorunması və əhalinin və həyat üçün mühüm obyektlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirməsinə təkliflər vermək və bununla əlaqədar müvafiq qurumlardan mütəmadi məlumatlar tələb etmək;
Müvafiq ərazidə yerləşən mülki müdafiə obyektlərinin daim hazır vəziyyətdə saxlanılması vəziyyətini öyrənmək və nəticəsi barədə müvafiq tədbirləri həyata keçirmək;
Rayon İcra Hakimiyyətinin başçısının hüquq mühafizə orqanları üzərində səlahiyyətinin keçirilməsini təmin etmək;
Rayon hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığın və hüquq qaydalarının pozulması faktlarının qarşısının alınması üçün tədbirlər həyata keçirir və bu sahə ilə bağlı vacib məsələlərin Rayon İcra Hakimiyyətinin iclasında müzakirə edilməsi üçün təkliflər vermək;
Öz səlahiyyəti daxilində vətəndaşların təkliflərinə, ərizə və şikayətlərinə baxmaq, idarə, müəssisə və təşkilatlarda qanunların icrasının vəziyyətini yoxlayır, yoxlamanın nəticələri barədə Aparatın iclasında müzakirə üçün təkliflər vermək;
Pasport rejiminə əməl olunmasına, qanunla müəyyən edilmiş hallarda inzibati təsir tədbirləri görülməsini, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı barədə məlumatlar almaq və təhlil etmək, yanğına qarşı təhlükəsizliyin təmin edilməsi, hərbi çağırış kompaniyalarının təşkili sahəsində Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək.

Vəzifələri:
Rayon İcra hakimiyyəti başçısının razılığı ilə qanunçuluğun və hüquq qaydalarının möhkəmlənməsi sahəsində tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təmin etmək;
Cinayətkarlığa və ictimai qaydaların pozuntusu ilə mübarizədə hüquq-mühafizə orqanlarının işinə köməklik etmək;
Rayon icra hakimiyyətinin şöbə və digər strukturlarında hazırlanmış sərəncam layihələrinin və digər hüquqi xarakterli sənədlərin qanuna müvafiq olmasını araşdırmaq və rəy vermək;
Rayon İcra Hakimiyyətinin şöbə və digər strukturlarında qanunçuluğa əməl edilməsini təmin etmək üçün tədbirlər hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Faktiki olaraq hüquqi qüvvəsini itirmiş sərəncamların və digər normativ aktların dəyişdirilməsi və ya ləğv edilməsi barədə müstəqil surətdə və yaxud başqa şöbələrlə birlikdə təkliflər hazırlamaq;
Rayon icra hakimiyyətinin şöbə və digər strukturlarının işçilərinə hüquqi məsələlərə dair məsləhətlər vermək;
Rayon İcra Hakimiyyətinin şöbə və digər strukturlarında normativ sənədlərin uçotu və saxlanması vəziyyətini araşdırır və bu işdə onlara metodiki yardım göstərmək;
Rayon İcra Hakimiyyətinin şöbə və digər strukturları ilə birlikdə onların fəaliyyətinə aid olan normativ sənədlərin öyrənilməsini təşkil etmək;
Rayon İcra Hakimiyyətinin şöbə və digər strukturlarında hüquq xidmətinə metodik rəhbərliyi həyata keçirmək, hüquqi işlərin təşkilində və görülməsində onlara yardım etmək;
Məhkəmə prosesində aidiyyəti üzrə işlərə baxılarkən qanunda nəzərdə tutulmuş qaydada Rayon İcra Hakimiyyətinin mənafeyini müdafiə etmək.

İCTİMAİ-SİYASİ VƏ HUMANİTAR MƏSƏLƏLƏR ŞÖBƏSİ

Fəaliyyət istiqamətləri:
Müvafiq sahədə İctimai-siyasi və humanitar siyasətin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.


Vəzifələri:
Rayon ərazisində fəaliyyət göstərən kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmaq və müvafiq işin aparılması, təhsil sisteminin inkişafını təmin edən dövlət proqramlarının layihələrinə dair rayon icra hakimiyyəti başçısına təkliflər vermək və proqramın həyata keçirilməsinə nəzarət etmək, rayonun ictimai-siyasi və humanitar vəziyyətini təhlil edərək müvafiq təkliflər hazırlamaq və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;
Rayonun ərazisində vətəndaşların təhsil almaq hüquqlarının həyata keçirilməsi istiqamətində işlər aparmaq, məktəbdənkənar təhsil müəssisələrinin, uşaq evlərinin, uşaq, gənclər və elmi-maarifçilik təşkilatlarının işinə kömək göstərmək, məktəbəqədər (həmçinin uşaq evlərində), ümumi, məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas, əlavə təhsilin inkişafı və icbari ümumi orta təhsilin təşkili üçün təkliflər vermək;
Rayon ərazisində uşaqların təhsilə cəlb edilməsi haqqında məlumatların toplanması və təhlili işini təşkil etmək, əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirmək, təhsildən kənarda qalanların təhsilə cəlb edilməsi istiqamətində təkliflər hazırlamaq, təhsilin inkişaf səviyyəsi barədə əhalinin məlumatlandırılması işini təşkil etmək, dövlət təhsil müəssisələri şəbəkəsinin inkişafına dair təklifləri rayon icra hakimiyyətinin başçısına təqdim etmək;
Rayon ərazisində uşaq və gənclərin ictimai birliklərinin fəaliyyətini dəstəkləmək, gənclər təşkilatları tərəfindən yaradıcılıq tədbirlərinin keçirilməsinə kömək göstərmək;
Rayonun ərazisində mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarət etmək, mədəniyyət sahəsinin inkişafının təhlili və proqnozlaşdırılması işini təşkil etmək, mədəniyyət xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görmək, mədəniyyət və incəsənətin inkişafına dair dövlət proqramlarının layihələrinə dair təkliflər vermək və həmin proqramların rayon ərazisində icrasını təmin etmək, müvafiq təklifləri rayon icra hakimiyyətinin başçısına təqdim etmək;
Rayon ərazisində dövlət mədəniyyət müəssisələrinin inkişafına və digər mədəniyyət müəssisələrinin fəaliyyətinə kömək göstərmək, tarix, mədəniyyət, təbiət və mədəni irs obyektlərinin qorunması və  mədəni-maarif idarələrinin işini təşkil etmək, kitabxana xidmətinin təşkilinə nəzarət etməyi həyata keçirmək;
Rayon ərazisində turizm və istirahət obyektlərinin fəaliyyətinin dəstəklənməsi və turizmin inkişafı sahəsində dövlət siyasətinin həyat keçirilməsi sahəsində rayon icra hakimiyyəti başçısının tapşırıqlarına nəzarət etmək;
Rayonda dini qurumların işini diqqət mərkəzində saxlamaq, dini durumun sabitliyini və dini etiqad azadlığı sahəsində Azərbaycan Respublikasının Konstitusiyası prinsiplərinin qorunmasının təmin edilməsi, qeyri-ənənəvi təriqətlərə və dini cərəyanlara qarşı müvafiq qurumlarla birlikdə sistemli işin təşkil edilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satışının, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qarşısının alınması istiqamətində təklifləri rayon icra hakimiyyətinin başçısına təqdim etmək;
Rayon ərazisində yaşayanların sağlamlığının qorunması hüququnun həyata keçirilməsinə kömək göstərmək, qanvermə hərəkatının və sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər görmək, əhalinin sağlamlığının qorunması üzrə dövlət proqramlarının rayon ərazisində icrasına nəzarət etmək;
Rayon ərazisində narkomanlığa qarşı profilaktik tədbirlərin həyata keçirilməsinə kömək göstərmək.

 

SOSİAL-İQTİSADİ İNKİŞAFIN TƏHLİLİ VƏ PROQNOZLAŞDIRILMASI ŞÖBƏSİ

Fəaliyyət istiqamətləri
Müvafiq sahədə  sosial-iqtisadi siyasətin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsinin  icrasını  təmin etmək;
Müvafiq sahənin inkişafı məqsədilə təhlillərin aparılmasını və proqnozlaşdırılması işini təmin etmək;
Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Vəzifələri
Mərkəzi icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq ərazidə fəaliyyət göstərən yerli qurumları ilə, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə  rayonun (şəhərin, şəhər rayonunun) sosial-iqtisadi vəziyyətini təhlil etmək, inkişaf meyllərinin müəyyənləşdirilməsi, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması (bundan sonra - müvafiq sahədə), əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işini təşkil etmək, ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlamaq və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının hazırlanmasına dair təkliflər verir, müvafiq ərazidə onların həyata keçirilməsini təmin edir, icrası barədə  İcra başçısına məlumat vermək və illik hesabatlar təqdim etmək;
Müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair göstəriciləri əks etdirən məlumat bazasının formalaşmasını və yeniləşdirilməsini təmin etmək;
Şöbənin işi ilə bağlı müvafiq məlumatlar üzrə hesabat göstəricilərini hazırlamaq və hesabatların tərtib edilməsi qaydalarını müəyyənləşdirmək, izahat məktublarının və digər sənədlərin hazırlanmasında iştirak etmək, təqdim edilmiş hesabat məlumatları əsasında təhlillər aparmaq və nəticəsindən asılı olaraq qanun müvafiq tədbirlər görmək;
Zərurət yarandıqda yerli icra strukturlarının və digər müvafiq sahəyə aid bölmələrin fəaliyyətini müxtəlif parametrlər üzrə təhlilini aparmaq;
Müvafiq dövlət strukturlarının və təsərrüfat subyektlərinin məlumatlarına əsasən müxtəlif informasiya bazalarını yaratmaq;
Ölkənin makroiqtisadi göstəricilərinin təhlili əsasında rayon üzrə sosial iqtisadi potensialı müəyyənləşdirmək, onları səciyyələndirən göstəricilər sistemini hazırlamaq, iqtisadi artım tempinin dəyişməsinə təsir edən amilləri müəyyən edən hesablamaları aparmaq,  habelə iqtisadi proqnozlaşdırma üsullarını müəyyən etmək;
Müvafiq ərazidə maliyyə, vergi və büdcə sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görmək;
Müvafiq ərazidə istehlak bazarı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görmək;
Vətəndaşların hüquqlarının və qanuni mənafelərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək və yerli icra hakimiyyətinin başçısına təkliflər vermək;
Qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

MEMARLIQ VƏ TİKİNTİ ŞÖBƏSİ

Fəaliyyət istiqamətləri:
Rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
Şəhərsalma və tikinti Məcəlləsinin tələblərinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir;
Rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikinti-planlaşdırma layihələri) təsdiq edir;

Vəzifələri:
Şəhər inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edir;
Tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir;
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir;
Müvafiq inzibati ərazi vahidində daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasını formalaşdırır və yeniləşdirilməsini təmin edir.
Rayon ərazisində yerləşən, ümumi istifadədə və balansında olan avtomobil yollarının təmiri və saxlanılması işlərini təşkil etmək, istismara qəbulu barədə aktları təsdiq etmək, ərazidə olan digər avtomobil yollarının təmiri və saxlanılması barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq və işlərin görülməsinə nəzarəti həyata keçirmək;
Rayon ərazisində sərnişin axınını öyrənmək və təhlil etmək, yerüstü sərnişin nəqliyyatı vasitələrinin hərəkətinin vətəndaşlar üçün daha əlverişli və təhlükəsiz marşrutları, həmin marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkət cədvəlləri barədə aidiyyəti dövlət orqanına təkliflər vermək, zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək;
Rayon ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir
Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, istifadəsində, idarəçiliyində və ya təsərrüfatında istilik təchizatı mənbələri olan istismar təşkilatları və müəssisələri tərəfindən əhaliyə xidmət edən mühəndis şəbəkəsinin və kommunikasiyaların fasiləsiz işinə, saxlanılmasına və təmirinə nəzarəti həyata keçirmək;
Rayon ərazisində dövlətə məxsus müəssisələrin və digər təşkilatların mühəndis-enerji komplekslərinin, mənzil fondunun və sosial-mədəni təyinatlı obyektlərin qış mövsümünə hazırlanması işlərini əlaqələndirmək və bu sahədə nəzarəti həyata keçirmək;
Rayonda olan qazanxanaların müntəzəm olaraq işləməsinə, həmçinin, xüsusi mülkiyyətdə olan yaşayış evləri istisna olmaqla, müvafiq ərazidə olan digər istehlakçıların istilik şəbəkəsinə qoşulmasına kömək göstərmək və işlərin görülməsinə nəzarəti həyata keçirmək;
Çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək;
Yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək;
Mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə rayon ərazisində bina, tikili və qurğuların mülkiyyətçiləri tərəfindən həmin bina, tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanması ilə bağlı görülən işləri əlaqələndirmək;
Tikintisi layihələndirilən obyektlərə bitişik olan ərazilərdə istirahət guşəsinin, uşaq və idman meydançalarının qurulması, minik avtomobillərinin dayanacaq yerlərinin təşkili, yaşıllaşdırma işləri, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi ilə bağlı görüləcək kompleks abadlaşdırma işlərinin həcmini sifarişçi ilə razılaşdırmaq, həmin işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
Rayon ərazisində məişət tullantılarının yığılması üçün konteyner meydançalarının yerləşdirilməsi və yenidən qurulması üzrə ünvanlı proqramları təsdiq etmək və həmin proqramların icrasına nəzarəti həyata keçirmək;
Ərazi dairələrində sanitar-epidemoloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında, ekoloji təhlükəsizliyin təmin edilməsində, məişət tullantılarının yığışdırılması və daşınması işinin təşkilində iştirak etmək;
Ərazi dairələrində kommunal təsərrüfatı və mənzil istismar sahələrinin idarə olunmasının təşkilində, dövlət mənzil fondunun və qeyri-yaşayış sahələrinin saxlanması və idarə olunmasında,  yaşayış məntəqələrinin abadlaşdırılması və yaşıllaşdırılması işinin təşkilində  iştirak etmək;
Rayon ərazisində təmizlik işlərinin aparılmasına mane olan, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sahibsiz sayılan nəqliyyat vasitələrinin və tikinti-quraşdırma işlərində istifadə edilən qurğu və avadanlıqların ayrılmış yerlərə aparılması haqqında aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq və icrasına nəzarəti həyata keçirmək;
Rayon ərazisində mövcud yaşıllıqların uçotunun aparılmasını təşkil etmək, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yaşıllıqların salınmasını təşkil etmək;
Rayon ərazisində təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsin təşkil etmək

SƏNƏDLƏRLƏ VƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ İLƏ İŞ ŞÖBƏSİ

Fəaliyyət istiqamətləri
Rayon İcra Hakimiyyətinin başçısı Aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan  Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin etmək;
Müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirmək, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil etmək, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin etmək;
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
İcra hakimiyyətinin fəaliyyəti nəticəsində əldə olunmuş məlumatların sərəncamçısı səlahiyyətini həyata keçirmək, həmçinin bu məlumatların səlahiyyət olmadan əldə edilmək, məhv edilmək, modifikasiyalaşdırılmaq, bloklaşdırılmaq, başqasına ötürülmək, yayılmaq, surəti çıxarılmaq kimi hallardan qorunmasını təşkil etmək;
İcra hakimiyyətində istifadə edilən dövlət informasiya resurslarının və sistemlərinin təhlükəsizliyini təmin etmək, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə məlumatların qorunması ilə bağlı işin təşkilinə və həyata keçirilməsinə nəzarət etmək;
Dövlət informasiya sisteminin istismarı, informasiya-telekommunikasiya şəbəkəsindən istifadə və yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə informasiyanın qorunması sahəsində tədbirlərin həyata keçirilməsini təmin etmək;
İcra hakimiyyəti orqanları işçilərinin ixtisaslarının artırılması və ehtiyat kadrların hazırlanması üçün tədbirlər görmək;
Dövlət Qulluğu Haqqında Azərbaycan Respublikasının Qanununa və Əmək Məcəlləsinə müvafiq olaraq kadr işlərini həyata keçirmək;
Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Vəzifələri
Vətəndaşlardan, dövlət hakimiyyəti orqanlarından, idarə, təşkialat və müəssisələr, siyasi partiya, ictimai birlik və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərdən aparata daxil olan xidməti sənədlər, habelə başqa korrespondensiyalar qəbul etmək, qeydiyyatdan keçirmək;
Daxil olmuş sənədlərin Rayon İcra Hakimiyyəti başçısının dərkənarına uyğun olaraq aparatın müvafiq struktur bölmələrinə çatdırılmasını təmin və icrasına nəzarət etmək;
İcra hakimiyyətinin başçısının müvafiq dərkənarı ilə icra edilmiş sənədi materiala aid olan sənədlərlə birlikdə işə tikmək;
Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarının və digər müşavirələrin keçirilməsinin təşkil edilməsi;
Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın, RİH başçısı Aparatının İş planının şöbələrlə birlikdə hazırlanmasına rəhbərlik etmək;
Məxfi qrifli sənədlərlə iş;
Milli Arxiv Fondu Haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sənədlərin Dövlət Arxivinə təhvil verilməsi;
Qəbul qrafikinə uyğun olaraq vətəndaşların qəbulunun həyata keçirilməsinin təşkil edilməsi.

Keçidlər