Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

İqtisadiyyat
Ağstafa rayonunun ərazisi 1504 kv. km, əhalisi 01.01.2020-cu il tarixə rəsmi qeydiyyatda 88 379  nəfərdir. Rayon əhalisinin 21817 nəfəri  şəhərdə, 66 562 nəfəri  kənddə yaşayır. Rayon əhalisinin 43 562 nəfərini kişilər, 44817 nəfərini qadınlar təşkil edir.   Rayonda 1 şəhər, 9 qəsəbə və 29 kənd yaşayış məntəqəsi vardır. Yaşayış məntəqələri 29 inzibati ərazi dairəsi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur. Rayon ərazisində 120  idarə, müəssisə və təşkilat, 3 bank filialı, 1 bank olmayan kredit təşkilatı, 4 mehmanxana fəaliyyət göstərir.

Ərazisi 1504 kv. km, 1 şəhər, 9 qəsəbə və 29 kənd vardır. Əhali 88 379 nəfər, ondan 21,817  nəfər şəhər əhalisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 dəfə rayona səfər  etmişdir (15.06.04; 16.10.04; 24.09.08; 12.04.12; 05.07.13; 19.10.16; 04.03.20).
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 15.06.2004-cü ildə   ölkə başçısı ilə birgə Ağstafa rayonuna səfər etmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:
- 13.04.12; 09.07.13; 30.06.14 - rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə Prezidentin ehtiyat fondundan RİH-ə ümumilikdə 6,0 mln manat ayrılmışdır;
- 24.08.11- Poylu-Xətai-Yenigün-Aşağı Göycəli avtomobil yolunun tikintisinə (7,5 km, əhali 11 min nəfər, 5 məntəqə) investisiya xərclərindən RİH-ə 2,3 mln manat ayrılmışdır;
- 02.10.13 - Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun tikintisinə (16,4 km, əhali 8 min nəfər, 8 məntəqə) investisiya xərclərindən RİH-ə 4,6 mln manat ayrılmışdır;
- 30.06.14 - Mədəniyyət evinin və musiqi mərkəzinin əsaslı təmirinə Prezidentin ehtiyat fondundan RİH-ə 2,0 mln manat ayrılmışdı,
- 21.10.16 - Ağstafa şəhər 1320 yerlik 3 saylı tam orta ümumtəhsil məktəbinin əsaslı təmirinə Prezidentin ehtiyat fondundan RİH-ə 3,0 mln manat ayrılmışdır;
- 10.06.17 - Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisinə (13,5 km, əhali 18 min nəfər, 5 məntəqə) investisiya xərclərindən Avtomobil Yolları Dövlət Agentliyinə 4,8 mln manat ayrılmışdır;
- 24.02.18 - 22 rayonda 44, o cümlədən Ağstafada 1 modul tipli məktəbin quraşdırılmasına investisiya xərclərindən Təhsil Nazirliyinə 830 min manat ayrılmışdır;
- 29.03.18 - Ağstafa şəhərinin içməli su təminatının yaxşılaşdırılmasına investisiya xərclərindən “Azərsu” ASC-yə 4,6 mln manat ayrılmışdır;
- 05.04.18 - 6 rayonda 15, o cümlədən Ağstafada 1 modul tipli məktəbin quraşdırılmasına investisiya xərclərindən Təhsil Nazirliyinə 4,6 mln manat ayrılmışdır;
- 01.05.19 - Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına  avtomobil yolunun tikintisinə (10 km, əhali 19 min nəfər, 4 məntəqə) investisiya xərclərindən Avtomobil Yolları Dövlət  Agentliyinə 3,9 mln manat ayrılmışdır;
- 03.05.19 - Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisinə (13,5km, əhali 4 min nəfər, 5 məntəqə) investisiya xərclərindən Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 mln manat ayrılmışdır;
- 30.12.20 - Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə investisiya xərclərindən Kənd Təsərrüfatı Nazirliyinə 5,03 mln manat ayrılmışdır;
- 03.03.20 - 4 rayonda , o cümlədən Dağ Kəsəmən kəndinin yeni massivinin qazlaşdırılması  məqsədilə investisiya xərclərindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 8,19 milyon (səkkiz milyon bir yüz doxsan min) manat ayrılmışdır;
- 04.03.20 Ağstafa rayonunun əhalisi 23334 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə investisiya xərclərindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700,0 (yeddi yüz) min manat ayrılmışdır;
- 05.03.20 -  Ağstafa rayonunun Sadıqlı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat  ayrılmışdır.
- Sosial-iqtisadi göstəricilər
- ÜMB 2003-cü ilə nisbətdə 2019-ci ildə 9,2 dəfə, sənaye 14,9 dəfə, kənd təsərrüfatı 4,5 dəfə, əsas kapitala yönəldilmiş vəsait 47,1 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 49,9 dəfə artmışdır;
- ÜMB 2020-ci ilin I rübünə  nisbətdə 2019-ci ilin I rübündə 32,3%, kənd təsərrüfatı 11,3% , tikinti-quraşdırma işləri 3,7dəfə artmış, sənaye 5,7% azalmışdır;
- 2003-2020-ci illər ərzində  11 667-i daimi olmaqla 17 157  yeni iş yeri açılmışdır;
- 2004-2019-cu illər ərzində SİF vasitəsi ilə 669 sahibkara 13691,8 min manat kredit verilmişdir;
- Cari ildə ödənişli əsaslarla 340 müvəqqəti iş yeri yaradılmışdır;
- Barama – 1991-ci ildə 3,0 ton, 2017-ci ildə 3,0 ton, 2018-ci ildə 3,7 ton, 2019-cu ildə 5,05 ton istehsal edilmişdir. 2016-2019-ci illərdə 43,4  min ədəd tut tingi əkilmişdir;
- 21,4 min ha əkin sahəsinin 52,4%-də dənli və dənli paxlalı bitkilər, 5,8 %-də kartof, tərəvəz, bostan və 8,5%-də yem bitkiləri əkilmişdir. Əkin sahələrinin 86,6%-i suvarılan, 13,4%-i dəmyədir;
- Cənab Prezident 04.03.2020-ci il tarixində “Azərxalça” ASC-nin Ağstafa filialının, Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına  avtomobil yolunun, “Ağstafa Aqroservis” MMC-nin aqroparkında olan zavodların, 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyasının,  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin  açılışında iştirak etmişdir.
- 2732,5 ha-da yaradılmış “Ağstafa Aqroservis” MMC-nin aqroparkında 36 min ton taxıl anbarı, saatda 200 ton emal gücünə malik ilkin təmizləmə avadanlığı, saatda 25 ton emal gücünə malik dənli bitkilərin toxum istehsalı zavodu, saatda 5 ton emal gücünə malik paxlalı bitkilərin toxum istehsalı zavodu, dəyirman kompleksi,gündəlik 36 ton istehsal gücünə malik çörək və yarımfabrikatlar zavodu istifadəyə verilmişdir;
- ümumi sahəsi 4048 kv.m olan 3 ədəd toxum anbarı və toxum sexi, istehsal gücü saatda 5 ton olan taxıl emalı və un zavodu, çörək və çörək məmulatları zavodu, “Fast food” iaşə sistemi fəaliyyət göstərir; 1700 ha-dan 7560 ton (44,5 sent/ha) buğda, 650 ha-dan 1105 ton (17 sent/ha) günəbaxan, 112,5 ha-dan 1680 ton yonca istehsal edilmişdir;
- 6,1 ha sahədə yaradılmış “Karvan-L EKO” Sənaye Parkında polietlen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı,istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin istehsalı, yerli xammal materialdan istifadə olunmaqla kərpic, bəzək və mozaika daşlarının istehsalı müəssisələri, şüşə və şüşə konstruksiyaların, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı sahəsi, bioorqanik kənd təsərrüfatı məhsulları  yetişdirilən istixana kompleksi, 10 ha-da xurma və nar bağı, 3 ha-da alma, 6 ha-da yonca, 4 ha-da istixana fəaliyyət göstərir;
- Heydər Əliyev Mərkəzi inşa edilmiş, Ümummilli Lider Heydər Əliyevin adına park salınmış, abidəsi  ucaldılmışdır;
- Bayraq Meydanı, Gənclər Mərkəzi, Azərbaycan parkı, əlil və şəhid ailələri üçün 7 fərdi ev, 84 mənzilli 4 yaşayış binası inşa edilmiş, AKKORD tikiş fabriki, “Azərxalça" ASC-nin filial  tikilib istifadəyə verilmiş, Mədəniyyət Mərkəzi yenidən qurulmuşdur;
- 103 ədəd subartezian quyusu qazılmış və 10-nin qazılması nəzərdə tutulur, 156 km suvarma arxı betonlanmışdır;
- Yaşayış məntəqələrinin 90%-ni əhatə edən 6 avtomobil yolu yenidən qurulmuşdur;
- Yaşayış məntəqələrinin 99%-i və ev təsərrüfatlarının 90%-i qazlaşdırılmış, yeni yaşayış massivlərində 134 ev təsərrüfatının qazlaşdırılması həyata keçirilir, qazlaşma başa çatdıqdan sonra qazlaşma ev təsərrüfatları üzrə 90,5%-ə çatacaqdır; 20 yaşayış evinin qazlaşdırılması başa çatmışdır,
- “Ağstafa şəhərinin su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə kanalizasiya infrastrukturunun yaradılması” layihəsinin icrasına 2011-ci ildən başlanmış və 05.07.13-cü ildə ölkə başçısının iştirakı ilə ilk suyun verilməsi mərasimi keçirilmişdir. İçməli su və kanalizasiya şəbəkəsində işlər 100% icra edilmişdir;
- 2003-2019-ci illərdə 7 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmış, o cümlədən 19 məktəb inşa edilmiş, 1 məktəb əsaslı təmir olunmuş, 2 modul tipli məktəb quraşdırılmışdır. 96 şagird yerlik modul tipli ümumi orta məktəbin  tikintisi, 624 şagird yerlik Muğanlı kənd tam orta məktəbin  əsaslı təmiri işləri davam edir;
-  Vurğun qəsəbə və Düzqışlaq kənd körpələr evi-uşaq bağçalarında təmir işləri  başa çatmışdır.
-  Şəhərin küçələrinə 1550 p/m səki düzülmüş, 8000 kv.metr ərazi asfalt döşənmiş, Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına  avtomobil yolu istifadəyə verilmiş, “Dilbaz Atçılıq Təsərrüfatı” kompleksinin tikintisi başa çatmışdır;
-  Azərsu ASC tərəfindən Həsənsu kəndini içməli su ilə təmin edən kəhrizin bərpasına başlanmışdır.
- Rayon üzrə 5 Milli Qəhrəman, 164 şəhid, 124 Qarabağ müharibəsi əlili vardır.

Keçidlər