2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalmış gizir Babayev Yaşar Vasif oğlunun doğma yaşayış evinə gedən yolda Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq təmir-bərpa işləri aparılıb.
Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsində inşa olunan “Şəhidlər bulağı”nda 44 günlük Vətən müharibəsinə könüllü qatılaraq şəhidlik zirvəsinə ucalan Həsənov Elnur Elman oğlunun xatirəsi əbədiləşdirilib. Bulaq kompleksinin açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin valideynləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayon Mərkəzi bazarına növbəti dəfə baxış keçirib, mövcud şəraitlə yaxından tanış olub.
Ağstafada koronavirus (COVID-19) pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə növbəti dəfə rayon mərkəzində əhalinin daha sıx toplaşdığı yerlərdə,
Ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da əhalinin koronavirus (COVİD-19) infeksiyasına qarşı əhalinin peyvənd olunması prosesi diqqətdə saxlanılır.